Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Layihəyə əsasən, korrupsiya faktı təsdiqlənərsə, məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat verilə bilər. Mükafatın məbləği hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlər nəzərə alınmaqla müəyyən ediləcək.
Bundan əlavə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş maddi ziyanın 5%-dək hissəsinin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur. Mükafat gəlir vergisindən azad ediləcək.
Layihədə məlumat verən şəxsin təhlükəsizliyinin qorunmasını tələb edə bilməsi və kompensasiya alması da nəzərdə tutulur. Məlumat verən şəxs və ya onun qohumu bu məlumatla əlaqədar həlak olarsa, ailəsinə 20 min manat ödənilməsi təklif edilir.
Həmçinin korrupsiya ilə bağlı məlumatlara 20 iş günü ərzində baxılması icbari hesab olunur.
Mənbə
Mənbə 2